XƏBƏRLƏR

17.09.2019 17:00
Komitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanır  

“Bu gün təhsilimiz digər sahələr kimi inkişaf edir. Təhsil təkcə təhsil sahəsinin inkişafına kömək etməklə qalmır. Bütövlükdə cəmiyyətin inkişafına təsir edir. Azərbaycan elmi, təhsili müasirləşir. Bu günlərdə yeni dərs ilinin açılması ilə əlaqədar olaraq Azərbaycanın bütün bölgələrində yeni məktəblər açılıb. Əsaslı şəkildə yenidən qurulmuş məktəblər tədrisə başlayıb”.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasındakı çıxışı zamanı komitə sədri İsa Həbibbəyli deyib. İsa Həbibbəyli komitəyə 190 müraciətin daxil olduğunu bildirib:

“Müraciətlərin böyük əksəriyyəti tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı olub. Tələbələrin təhsil haqları ilə bağlı ayrıca qanun layihəsinin yaradılmasını məqsədəuyğun hesab edirik. Bildiyiniz kimi, 2017-ci ildən Maarifçi Təhsil Kredit Fondu yaradılıb. Bu Fond vasitəsilə ölkəmizin müxtəlif ali məktəblərində oxuyan və ehtiyacı olan tələbələrə köməklik göstərilib. Təbii, bu köməklik vasitəsilə bütün ödənişli təhsil alanların hamısının ehtiyacını ödəmək mümkün deyil. Bu sahənin inkişaf etdirilməsi üçün xüsusi qanun layihəsinin hazırlanmasına çalışırıq. Elm və təhsil komitəsi təhsil kreditləri ilə bağlı iş aparır. Təhsil Nazirliyi və digər nazirlikərlə də danışıqlar aparırıq. “Təhsil Kreditləri haqqında” qanun layihəsinin hazırlanmasnı günün əsas məsələsi hesab edirik”.

İlin gənc müəllimi-Müraciət formu