XƏBƏRLƏR

17.09.2019 14:42
AMEA-nın  gənc alimi Almaniyada elmi-tədqiqat işləri aparıb  

AMEA Mərkəzi Nəbatat Bağının Gənc alim və mütəxəssislər şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev Almaniyanın Drezden Texniki Universitetinin Meşə Artımı departamentində elmi-tədqiqat işləri aparıb.

AzEdu.az xəbər verir ki, tədqiqatlar zamanı Azərbaycanın müxtəlif ərazilərində yayılmış palıd ağaclarından toplanmış nümunələrin müqayisəli dendroxronoloji analizləri aparılmış, iqlim amillərinin təsiri ilə ağacların illik halqalarında baş vermiş dəyişkənliklər araşdırıb.

Gənc tədqiqatçının apardığı araşdırmalar Almaniya Akademik Mübadilə Proqramının (DAAD) 2018-2019 akademik ili üçün elan etdiyi tədqiqat təqaüdü programının dəstəyi ilə 2 ay müddətində davam edib.

İlin gənc müəllimi-Müraciət formu