XƏBƏRLƏR

17.09.2019 12:55
Bura gələnlərin elmi-tədqiqat işləri aparmaq səriştələri yoxdur” - AMEA-nın idarə rəisi  

“Şagirdləri gələcəkdə tədqiqatçı, alim kimi yetişdirmək niyyətimiz var”.

AzEdu.az xəbər verir ki, bu sözləri   Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi və  Rəyasət Heyəti Aparatının Elm və Təhsil Baş İdarəsinin rəisi Əminağa Sadıqov söyləyib.

O, liseyin strukturu və fəaliyyət istiqamətləri haqqında  fikirlərini bölüşüb.

 “Hazırda liseyin yaradılması ilə bağlı hazırlıq prosesi davam edir. Onun əsasnaməsi, fəaliyyət və tədris proqramı hazırlanır. Lisey təşəkkül mərhələsindədir.

Akademiyada magistratura səviyyəsinə daxil olan şəxslərin potensialı göstərir ki, onların müəyyən qisminin  elmi tədqiqat işləri aparmaq səriştələri yoxdur. Biz istəyirik ki,  daha erkən yaşlardan istedadlı şagirdləri aşkar edək. Onların marağı, potensialı və istedadı əsas götürüləcək.Onları elmi tədqiqat işlərinə cəlb etmək istəyirik.Çünki elm çox dərin və mürəkkəbdir.

Bəzən bir insanın ömrü böyük nəaliyyətlər əldə etməyə yetmir.Buna görə də gəncləri məktəb partası arxasından müəyyən elmi araşdırmalara cəlb etmək lazımdır.Bizim liseyin digər liseylərdən əsas fərqi ondan ibarət olacaq ki,  gəncləri müasir elm sahələri ilə tanış edəcəyik.Onlara nanotexnologiya komputer elmləri, riyaziyyat, fizika  və kimyanın yeniliklərini öyrədəcəyik.

Orta təhsil verməklə yanaşı  şagirdlərin proqramlarına müxtəlif elmi yenilikləri də daxil etmək fikrindəyik.Şagirdləri gələcəkdə tədqiqatçı. alim kimi yetişdirmək niyyətimiz var.Bizim lisey yaratmaq məqsədimiz də buradan qaynaqlanır.

Liseylər yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub.Erkən yaşlardan şagirdlərin elm sahələrinə olan marağını aşılamaq, istedadlarını aşkarlamaq, və onları bu istiqamətdə yetişdirmək fikrimiz var”.

Xatırladaq ki, növbəti ildən AMEA-nın nəznində lesey yaradılması nəzərdə tutulur.Bu haqda məlumatı Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə söyləyib.

O qeyd edib ki, Akademiyada liseyin yaradılması nəzərdə tutulan məsələlərdən biridir.

“İstərdik ki, X-Xl sinif şagirdləri akademiyanın liseyinə qəbul olunsunlar. Güman edirəm ki, akademiyanın 75 illiyi ilə əlaqədar akademiyada lisey fəaliyyətə başlayacaq”.

Şükufə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu