Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-16 22:46:00
AMEA-da magistrantların tədris ilinə start verilib

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda magistrantların tədris ilinə start verilib.

İnstitutdan  AzEdu.az-a  bildirilib ki, Tədris-İnnovasiya Mərkəzində magistrantlara xarici dil fənnindən ilk dərs keçirilib. Semestr ərzində xarici dil fənni üzrə dərslər magistrantlara 3 qrup və 6 alt qrup üzrə tədris olunacaq.

Qeyd edək ki, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ingilis dili, psixologiya, pedaqogika, fəlsəfənin əsasları kimi ümumi fənlər üzrə dərslərin tədrisi və imtahanların təşkili İnformasiya Texnologiyaları İnstitutuna həvalə olunub.