Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-15 14:11:00
Bakıda bu qədər məktəb əsaslı təmir edilib -RƏQƏMLƏR

Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

AzEdu.az 2019-2020-ci dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblər barədə bəzi məlumatları təqdim edir:

6 təhsil müəssisəsində əsaslı təmir işləri (39, 113, 129, 101, 90 nömrəli tam orta məktəblər və 25 nömrəli UGİM);

3 məktəbin (154, 205, 208 nömrəli tam orta məktəblər) mövcud binalarının sökülərək yenidən tikintisi;

5 məktəbin (97, 101, 90, 155, 300 nömrəli tam orta məktəblər) köhnə korpuslarının sökülərək yenidən tikintisi aparılıb.

1 təhsil müəssisəsində (251 nömrəli tam orta məktəb) əlavə korpus inşa olunub.

"Yasamal" yaşayış kompleksində (Sosial Evlər) 1 yeni məktəb (161 nömrəli tam orta məktəb) tikilib.

Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri həyata keçirilib.

Heydər Əliyev Fondu tərəfindən Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb tikilib istifadəyə verilib.

Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Dərsliklər şagirdlərə dərs ilindən öncə verilib. Sentyabrın 6-da proses yekunlaşıb. Ölkə üzrə 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib. Bakı şəhəri üzrə 1 296 895 ədəd dəslik, 64 006 ədəd müəllim üçün metodik vəsait məktəblərə verilib. 47 məzun ali məktəblərə qəbulda yüksək nəticələrinə görə Prezident təqaüdünə layiq görülüb.  Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə 1442 vakansiya təqdim olunub.

Şagirdlərin yerdəyişməsi ilk dəfə bu ildən elektron qaydada (www.sy.edu.az) aparılır.  271 məktəbdə 962 Məktəbəhazırlıq qrupu yaradılıb. 24 000-dən çox 5 yaşlı qeydiyyatdan keçib. Bu, proqnozun 60 faizindən çoxdur.

Bu il ilk dəfə ölkə üzrə Məktəbəhazırlıq qruplarına qeydiyyat elektron qaydada (mektebeqebul.edu.az) aparılır. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları