Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-04 12:32:24
Qruplar üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin NƏZƏRİNƏ!

İnzibati icraçı (B növ)  vəzifələrə aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatı başa çatır.

AzEdu.az xəbər verir ki, inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 22 aprel tarixində keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün bu gün saat 18:00-dək  https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg  keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar.  Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

- ali təhsil haqqında sənədin surəti;

- əmək kitabçasının surəti (olduğu halda).