Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-15 13:55:00
Bu gün hakim olmaq istəyənlər üçün imtahan keçirilir

Hakim vəzifəsinə namizədlərlə test imtahanı sentyabrın 15-də  DİM-in Nəsimi rayonu A. Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında keçirilir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, imtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq. 205 namizədin iştirakı nəzərdə tutulur.

İmtahan saat 10.00-da başlayıb.

İmtahanda namizədlərə 100 sual təqdim olunur və onların cavablandırılmasına 4 saat vaxt ayrılır. Hər bir imtahan sualı 1 balla qiymətləndirilir. Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir. 60 və daha çox bal toplamış namizədlər imtahanın növbəti mərhələsinə buraxılırlar.