Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-15 10:59:00
Bu il ali məktəblərdə dövlət sifarişli yerlərin sayı 66 faiz artıb

Bu il ali məktəblərdə dövlət sifarişli yerlərin sayında ciddi artım müşahidə edirik. Əvvəlki tədris illərində ali məktəblərdə dövlət sifarişli yerlərin sayı 12 min 324 idisə, cari tədris ilindən bu rəqəm 20 min 400-dən yuxarıdır. Yəni, təxminən 66 faizlik artım var. Bu, o deməkdir ki, daha çox tələbə dövlət hesabına ödənişsiz ali təhsil almaq imkanı əldə edib. Bu, eyni zamanda, təhsil sisteminə əlçatanlığın artması deməkdir.

AzEdu.az AZƏRTAC - a istinadən xəbər verir ki, bu sözləri Təhsil nazirinin müavini İdris İsayev Qaxda jurnalistlərə müsahibəsində deyib.

Nazir müavini bildirib ki, təhsil sahəsində həyata keçirilən bütün tədbirlər məhz təhsil mühitinin və şəraitinin artmasına, təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasına yönəldilib. “Görülən işlər dövlətimizin başçısının tapşırıqları, təhsil sahəsində müəyyənləşdirdiyi siyasət əsasında həyata keçirilir. Bununla bağlı strategiyalar müəyyənləşdirilib, Dövlət proqramları qəbul edilib. Bu siyasət bundan sonra da davam edəcək”, - deyə nazir müavini vurğulayıb.