Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-15 09:03:00
Valideynlərin nəzərinə: Hazırlıq qrupları üçün seçdiyiniz məktəbi bu yolla dəyişə bilərsiniz

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. ElYektron ərizəsi qeydiyyata alınanların məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Son zamanlar övladını məktəbəhazırlıq qruplarına yazdırmaq istəyən valideynləri maraqlandıran məqamlardan biri də yerləşdirilmiş sorğunun ləğvi, yeni məktəbin seçilməsi ilə bağlıdır:

AzEdu.az xəbər veri ki, yerləşdirilmiş sorğunu silmək üçün aktiv blokun sağ hissəsində yerləşən “Sorğunu silmək” düyməsini sıxmaq lazımdır. Bu vaxt qeydiyyatdan keçərkən daxil edilmiş mobil nömrəyə verifikasiya kodu göndəriləcək. Müvafiq kodu tələb olunan xanaya daxil etdikdən sonra sorğu silinəcək.

Sorğunu sildikdən sonra azad olmuş yer başqa istifadəçi tərəfindən tutula bilər.

Qeydiyyatdan keçmiş valideyn sənədlərini məktəbə təqdim etdikdən sonra yerləşdirdiyi sorğunu ləğv edə bilməz.

Qeyd edək ki, qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Valideynlər oktyabrın 1-dən övladını məktəbə gətirməlidirlər.

Məktəbəhazırlıq qruplarında təhsil alan azyaşlılar üçün noyabrın 16-dan 20-dək payız, yanvarın 27-dən 31-dək qış və mayın 1-dən 5-dək əlavə tətil nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları