Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-14 14:16:00
33 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılışı olacaq

Sentyabr 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 33 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılışı olacaq.

Mədəniyyət Nazilrliyindən AzEdu.az-a verilən məlumata görə, 2018-ci ilin noyabr ayından musiqi məktəbində əsaslı təmir işlərinə başlanılıb.

Qeyd edək ki, bu il məktəbin yaranmasının 35 illik yubileyidir.

33 nömrəli Uşaq Musiqi Məktəbi 1984–cü ildə Nizami rayon, R.Rüstəmov küçəsi 35 ünvanında fəaliyyətə başlayıb.