Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-13 17:15:00
Almaniyada  doktorantura səviyyəsində təhsil almaq istəyənlər üçün əla şans-Sərfəli təqaüd proqramı

2020-2021-ci tədris ili üzrə Almaniyada doktorantura səviyyəsində Berlin Müsəlman Mədəniyyətləri və Cəmiyyətləri Ali Məktəbinin təqaüd proqramı elan olunub.

AzEdu.az xəbər verir ki, təqaüd proqramı çərçivəsində gənclər sosial və humanitar ixtisasları üzrə Almaniyada doktorantura səviyyəsində təhsil ala bilərlər. Almaniyada doktorantura səviyyəsində təhsil almaq istəyənlər üçün tədqiqat müddədi 3 ildir.

Təqaüd proqramı çərçivəsində maliyyələşmə DAAD və Berlin Eynşteyn Fondu tərəfindən aylıq 1.468 avrodur

Təqaüd proqramında iştirak etmək üçün son müraciət tarixi 7 oktyabr  2019-cu ildir.

Proqramda iştirak üçün sənədlərin qəbulu elektron qaydada həyata keçirilir.

Qeyd edək ki, aşağıda göstərilən linkə daxil olaraq təqaüd proqramına müraciət edə bilərsiniz:

http://www.bgsmcs.fu-berlin.de/en/announcements/201908_Call-for-Applications-2020.html