Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-13 12:45:00
AMEA-nın əməkdaşları LDU-da olub  

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) bir qrup əməkdaşı Lənkəran Dövlət Universitetində (LDU) olub.

LDU-nun mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov AMEA-nın əməkdaşlarına LDU-da təhsilin və elmin  inkişafı istiqamətində görülən son işlər barədə ətraflı məlumat verib. MBBİ-nin laboratoriya müdirləri, biologiya elmləri doktorları Yaşar Feyziyev, Səftər Süleymanov, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov söhbət zamanı təmsil etdikləri  universitetdə aparılan elmi-tədqiqat işlərindən, elmi kadrların hazırlanması istiqamətində son yenilənmələrdən, yeni laboratoriyalardan söz açıblar.

Danışıqlar zamanı tələbə, magistr, doktorantların hazırlanması və elmi-texniki sahələrdə mütəxəssislərin mübadiləsi, LDU-nun bakalavr və magistratura pilləsində təhsil alan tələbələr üçün mühazirələrin oxunması, gənclərin elmi tədqiqatlara cəlb edilməsi, qarşılıqlı maraq doğuran aktual məsələlər üzrə birgə elmi seminarların təşkili və s.geniş müzakirə edilib, təklif və rəylər dinlənilib, yeni tədris ilindən əməli fəaliyyətə start verilməsi qərara alınıb.

Xatırladaq ki, bu ilin martında AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, AMEA-nın Regional Elmi Mərkəzi və Lənkəran Dövlət Universiteti arasında elmi tədqiqat və kadr hazırlığı üzrə əməkdaşlıq barədə Razılaşma Memorandumu imzalanıb.