Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-13 12:00:00
Xaricdə yaşayanlar diplomlarının tanıdılması üçün nə etməlidirlər? - Mütəmadi verilən suallara cavab  

Xarici ali təhsil müəssisələrində təhsil alanlar  ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edilməlidir.

Xatırladaq ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, distant və ya eksternat təhsilalma forması üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil

Bəs hazırda xaricdə yaşayanlar nostrifikasiya üçün necə müraciət edə bilərlər?

AzEdu.az xaricdə təhsil alan gənclərin nostrifikasiya prosedurları haqqında ən çox verilən suala cavabı təqdim edir:

Nostrifikasiya prosedurlarında sənədlər yalnız elektron ərizə vasitəsilə qəbul edilir. Bu səbəbdən elektron ərizəni məsafədən doldurmaq mümkündür.

Müraciətinizlə bağlı hər hansı əməliyyat həyata keçirmək zərurəti yaranarsa, etibarnamə əsasında sizi təmsil edən səlahiyyətli nümayəndəniz bu barədə müvafiq tədbirlər həyata keçirə bilər.

Nəzərinizə çatdıraq ki, bu qayda müsahibə mərhələsinə şamil olunmur, belə ki, müsahibədə müraciətçinin şəxsən özünün iştirak etməsi zəruridir.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. İddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd nostrifikasiya müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verə  bilərsiniz.

Günel Yaşarqızı
Müəllifin digər yazıları