Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-13 10:46:00
Dövlət peşə təhsili müəssisələrində işləmək istəyənlərin  nəzərinə

Bu gündən dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsinə sənəd qəbulu başlanılır.

AzEdu.az xəbər verir ki, ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə son iki il ərzində Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər müraciət edə bilərlər.

İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu ali və ya orta ixtisas təhsili müəssisələrini müvafiq ixtisaslar üzrə bitirən təcrübəli mütəxəssislər arasında müsahibə yolu ilə aparılacaq.

Namizədlər sənədləri (müraciət forması, şəxsiyyət vəsiqəsi və təhsil sənədi) sentyabr ayının 20-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər.