Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-13 09:23:00
Bu qədər uşaq internat məktəblərində oxuyur – Kədər qoxuyan rəqəmlər

2018/2019-cu tədris ilində respublikada fəaliyyət göstərən internat məktəblərində 5.088 nəfər təlim-tərbiyə alır.

 AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 2018-ci il hesabatında məlumat verilib.

Məlumata əsasən, sağlamlıq imkanları məhdud olan uşaqların öz yaşadıqları ərazidə xüsusi təhsilə cəlb olunmalarının əhatəsinin genişləndirilməsi məqsədilə 2018-ci ildə internat məktəblərində və internat tipli 8 təhsil müəssisəsində xüsusi siniflər açılıb.

Hazırda sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərində 1.823 nəfər, inteqrasiya təlimli internat tipli gimnaziyaların xüsusi siniflərində isə 875 nəfər sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb olunub.

AzEdu.az illər üzrə dövlət uşaq müəssisələrindəki şagird sayı ilə bağlı statistikanı təqdim edir:

2016/2017-ci tədris ilində internat məktəblərində təhsil alan şagirdlərin sayı 4.811, həmin müəssisələrdə gecələyənlərin sayı 1.928, internat tipli təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı 5.499, həmin müəssisələrdə gecələyənlərin sayı isə 949 nəfər olub.

2017/2018-ci tədris ilində internat məktəblərində təhsil alan şagirdlərin sayı 5.021, həmin müəssisələrdə gecələyənlərin sayı 1.917, internat tipli təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı 5.991, həmin müəssisələrdə gecələyənlərin sayı isə 901 nəfər olub.

2018/2019-cu tədris ilində internat məktəblərində təhsil alan şagirdlərin sayı 5.088, həmin müəssisələrdə gecələyənlərin sayı 1.936, internat tipli təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı 9.496, həmin müəssisələrdə gecələyənlərin sayı isə 1.206 nəfər olub.