Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-12 15:16:30
Bu müəllimlərin nəticələri yaxın saatlarda elan olunacaq  

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinə builki və ötənilki müsabiqədə iştirak etmiş namizədlər qatılıblar. Ümumilikdə 8 min 938 namizəd elektron sənəd qəbulunda iştirak edib. Onlardan 8 min 756 namizəd vakansiya seçimi etdikdən sonra elektron ərizəsini təsdiqləyib.

Elektron yerləşdirmənin nəticələri barədə məlumat sentyabrın 12-də namizədlərin şəxsi səhifələrinə göndəriləcək.