Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-12 09:15:00
Məktəblini maşın vurdu  

Qaxda nənəsigilə qonaq gələn məktəblini avtomobil vurub.

AzEdu.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Tasmalı kəndində baş verib.

Qax şəhər sakini 1994-cü il təvəllüdlü Yunis Miraləm oğlu Şəkiliyev idarə etdiyi "QAZ 24" markalı avtomobillə kəndə nənəsigilə qonaq gəlmiş 2008-ci il təvəllüdlü Ləman Nurlan qızı Mirəyevanı vurub. 

Yaralı Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralıya kəllə-beyin travması diaqnozu qoyulub, onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.