XƏBƏRLƏR

11.09.2019 17:20
Universitetə qəbul olan tələbələrin 5 faizi  təhsildən imtina etdi - Rəsmi

Bu il ali təhsil müəssisələrinə qəbul olunanların 95%-i qəbul olduqları təhsil müəssisələrində qeydiyyatdan keçiblər. 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Ali təhsil müəssisələrinə qəbulun I mərhələsi və boş qalan plan yerlərinə qeydiyyatdan keçənlərin sayı 41500-ə yaxındır. Universitetlərə qəbul olunanların təxminən 5%-i isə qeydiyyatdan keçməyib. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək isə abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri ali məktəbə göndərilmir. 

Qeyd edək ki, I mərhələdən sonra ali təhsil müəssisələrinə 42062 nəfər (o cümlədən 3542 subbakalavr) qəbul olunub. İlk mərhələdən sonra qəbulolma faizi 88.06 olub. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə isə 1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr) qəbul olunub. Nəticədə ali təhsil müəssisələrinə qəbulolma faizi artaraq 91.03 olub.

İlin gənc müəllimi-Müraciət formu