XƏBƏRLƏR

11.09.2019 15:20
Azərbaycan alimləri Çexiyada beynəlxalq konfransda iştirak ediblər  

Çexiyanın paytaxtı Praqa şəhərində “Yumşaq hesablamalar (soft computing) nəzəriyyəsi və onun tətbiqi: Sözlər və qavrayışlarla hesablama” mövzusunda X  beynəlxalq konfrans keçirilib.

AMEA-dan AzEdu.az-a verilən məlumata görə, iki ildən bir təşkil edilən konfrans bu dəfə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsinə həsr olunub.

Dünyanın müxtəlif ölkələrindən olan alim və tədqiqatçının qatıldığı tədbirdə İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayev və həmin institutun kiçik elmi işçisi Mirvari Qəhrəmanlı iştirak ediblər.

Beynəlxalq konfransda soft kompyutinq nəzəriyyəsi və texnologiyası, hibrid soft kompyutinq sistemləri, sözlərə əsaslanan qeyri-səlis mühakimə, təkamüllü hesablama, qeyri-səlis məntiqin biznes və iqtisadiyyatda tətbiqi və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

İlin gənc müəllimi-Müraciət formu