Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-11 12:05:00
“İctimai Şura körpü rolunu oynayacaq” - Nazir

“İctimai Şura bir körpü rolunu oynayacaq”

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Nazir tədbir iştirakçılarını yeni tədris ili münasibətilə təbrik edib. 2019-2020ci il tədris ilinə hazırlıq məqsədilə görülən işlərdən, qarşıda duran məqsədlərdən söz açan Ceyhun Bayramov İctimai Şuranın fəaliyyətinədə toxunub.

Nazir qeyd edib ki, dəvət olunanlarıın 11 nəfəri konfransda yeni statusda – Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri kimi iştirak edirlər:

“Onların hər birini Şuraya üzv seçilmələri münasibətilə təbrik edirəm. Əminəm ki, onların uzun illərə dayanan təcrübəsi və vətəndaş mövqeləri təhsil sahəsində aparılan işlərə yeni təkan verəcək. Biz bunun nəticəsini görəcəyik. İctimai Şura belə demək olarsa, bir körpü rolunu oynayacaq. Arzu edirəm ki, Şura ikitərəfli məhz körpü rolunu oynasın. Həm ictimaiyyətin fikirlərinin nazirliyə çatdırılmasında, həm də nazirliyin mövqeyinin ictimaiyyətə bəyan olunması istiqamətində şura üzlərinə uğurlar arzu edirəm”.

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, sentyabrın 2-dən 6-dən respublikanın müxtəlif rayon və şəhərlərində təhsil işçilərinin sentyabr konfransları keçirilib. Sentyabr konfranslarında ötən tədris ilinin yekunları və yeni tədris ilinin prioritet istiqamətləri təhsil işçiləri ilə geniş müzakirə edilib, görüləcək işlərlə bağlı tövsiyə və tapşırıqlar verilib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları