XƏBƏRLƏR

11.09.2019 11:24
İkinci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizədək azalıb - Nazir

“2003-2018-ci illərdə Azərbaycanda 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub”.

AzEdu.az-ın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı tədris ilinə hazırlıq zamanı görülən işlərdən danışarkən deyib.

Nazir öncə təhsil işçilərini yeni tədris ili münasibətilə təbrik edib. Bildirib ki, ölkə  məktəblərinin maddi texniki bazasının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir:

“50-i modul tipli olmaqla 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilib. Onlardan 43-ü sentyabrın 15-də təhvil veriləcək. Digər təhsil obyektlərinin  isə bu tədris ilinin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub. Eyni zamanda ölkədə Heydər Əliyev fondunun təşəbbüsü ilə 14 yeni məktəb binasının tikintisi, 8-nin təmiri həyata keçirlir.

Dövlət investisiya proqramına əsasən, 257 məkətb binasının təmiri həyata keçirilib.

Görülən tədbirlər nəticəsində Azərbaycan məktəblərində 2 növbədə təhsil alan şagirdlərin sayı 35 %-dən 14%-dək azalıb. Bu, təlim şəraitinin yaxşıllaşdırılması deməkdir”.

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, sentyabrın 2-dən 6-dən respublikanın müxtəlif rayon və şəhərlərində təhsil işçilərinin sentyabr konfransları keçirilib. Sentyabr konfranslarında ötən tədris ilinin yekunları və yeni tədris ilinin prioritet istiqamətləri təhsil işçiləri ilə geniş müzakirə edilib, görüləcək işlərlə bağlı tövsiyə və tapşırıqlar verilib.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu