XƏBƏRLƏR

11.09.2019 10:10
TOEFL imtahanlarının keçiriləcəyi tarixlər açıqlandı

TOEFL  imtahanı ali təhsil səviyyəsində ingilis dili üzrə bacarıqları istifadə etmək, oxuyub anlamaq və s. meyarları ölçmək üçün vasitədir. Bu imtahan vasitəsilə oxumaq, yazmaq, dinləmək və danışmaq üzrə bacarıqları tətbiqetmə dərəcəsi müəyyən edilir.

Dövlət İmtahan Mərkəzi bu imtahanların təşkil olunmasında mərkəz rolunu oynayır.

AzEdu.az xəbər verir ki, bu imtahanlar 7, 21 və  28 sentyabr tarixlərində keçiriləcək. 

Xatırladaq ki, il ərzində TOEFL iBT® üzrə keçirilən imtahan günlərinin sayı ingilis dili üzrə bacarıqları yoxlayan digər imtahanlarla müqayisədə daha çoxdur. İmtahanlararası 12 gün fasilə vermək şərtilə istənilən qədər imtahanda iştirak etmək mümkündür.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu