Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-10 17:10:00
Harvard Universitetinin tələbələrini motivasiya edən 10 cümlə - MARAQLI

Harvard Universitetinin tələbələri özlərini aşağıdakı fikirlərlə motivasiya edirlər:

AzEdu.az Business Academy-ə istinadən həmin 10 sehrli cümləni təqdim edir:

  1. Əgər sən indi yatsan, yuxuda arzunu görəcəksən. Əgər sən təhsil alsan, arzunu reallığa çevirəcəksən.
  2. Düşünəndə ki, artıq gecdir, əslində, hələ kifayət qədər tezdir.
  3. Təhsilin əziyyəti müvəqqətidir, savadsızlığın əzabı isə əbədidir.
  4. Təhsil vaxt deyil, təhsil cəhddir.
  5. Həyat təkcə təhsildən ibarət deyil. Ona görə də əgər bu gün sən bu mərhələni atlaya bilmirsənsə, ümumiyyətlə başqa nəyə güvənirsən?
  6. Gərginlik və cəhdlər həzzə çevrilə bilər.
  7. Kim ki hamıdan tez çalışır, kim ki hamıdan çox əziyyət çəkir, o kəs həqiqi mənada uğurunun dadını çıxara biləcək.
  8. Hər sahədə uğur qazanmaq hamıda olmayan bir şeydir. Hər bir uğur əziyyət və özünütəkmilləşdirmə hesabına reallaşır.
  9. Vaxt uçur.
  10. Bu günkü tənbəlliklər sabahkı göz yaşlarına çevrilə bilər.
  11. Gələcəyə investisiya edənlər realistlərdir.
  12. Sənin gəlirin, sənin savadınla düz mütənasibdir.
  13. Bu gün heç vaxt bir daha təkrarlanmayacaq.
  14. Hətta bu an belə sənin düşmənlərin acgözlüklə kitab vərəqləyirlər