Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-10 16:40:00
Xaricdə təhsillə bağlı müsabiqənin qalibləri Heydər Əliyev Mərkəzində -FOTOLAR  

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri Heydər Əliyev Mərkəzində təşkil olunan müxtəlif sərgilərlə tanış olublar.

Fonddan AzEdu.az-a verilən məlumata görə, gənclərə Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və zəngin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlmiş Mərkəzin binasının dünya memarlıq inciləri sırasında olması barədə məlumat verilib.

Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanışlıq gənclərdə böyük maraq yaradıb. Qeyd edilib ki, Muzey təşkil olunarkən burada Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Bu muzey həm də Heydər Əliyev irsinin öyrənilməsi baxımından xüsusi önəmə malikdir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları