XƏBƏRLƏR

10.09.2019 13:38
Abituriyentlər özəl ali təhsil müəssisələri ilə müqayisədə kolleclərə üstünlük veriblər - Rəsmi

İmtahanların nəticələrinə əsasən, özəl ali təhsil müəssisələrinin plan yerləri 72,90 faiz dolub. Ayrı-ayrı ixtisas qruplarında plan yerlərinin dolma faizləri fərqli olub. Bu göstəricilər I qrupda 65,48, II qrupda 62,11, III qrupda 89,57, IV qrupda 91,30, V qrupda isə 85,45 faizə bərabərdir. Qeyd etmək lazımdır ki, ixtisas seçimində iştirak edən abituriyentlərin bir hissəsi (I qrupda 15 nəfər, II qrupda 10 nəfər, III qrupda 20 nəfər, IV qrupda 2 nəfər) özəl ali təhsil müəssisələri ilə müqayisədə dövlət orta ixtisas təhsili müəssisələrinə üstünlük verib. Abituriyentlərin belə gözlənilməz seçim etmələrinin bir çox səbəbləri var. Bunların sırasında təhsil haqqını, diplomun əmək bazarındakı dəyərini, ali təhsil müəssisəsində təhsilin səviyyəsini və s. göstərmək mümkündür.

AzEdu.az xəbər verir ki, bu məlumat 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin elmi-statistik təhlilində yer alıb. Hesabatda bildirilir ki, özəl ali təhsil müəssisələrindən fərqli olaraq dövlət ali təhsil müəssisələrində plan yerləri ümumilikdə 90,50 faiz dolub. Ən yüksək göstərici III ixtisas qrupunda (95,85 faiz), ən aşağı göstərici isə II ixtisas qrupunda (87,33 faiz) qeydə alınıb.

İlin gənc müəllimi-Müraciət formu