XƏBƏRLƏR

10.09.2019 09:51
Gənc müəllimin konfrans razılığı: “Nazirlik  nümayəndələr problemlərimizlə maraqlandılar və...”

 

“Sentyabr konfransları bu il daha da təkmilləşdirilib”

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil işçilərinin sentyabr konfranslarının plenar müşavirələri barədə  Ağcabədi rayon Taxtakörpü kənd tam orta məktəbinin müəllimi  Şəbnəm Cəbrayıl deyib.

O, sözlərində qeyd edib ki, ötən il Laçın rayonu Sentyabr konfranslarının plenar müşavirələrində iştirak edib. Bu il isə konfranslar regional şəkildə təşkil olunub.

  “Bu il Ağcabədi, Zərdab və Laçın rayonlarında plenar müşavirələr təşkil olunub. Bir-birinə yaxın olan rayonlar kompakt halında iştirak ediblər. Buna görə də konfranslar qısa zamanı əhatə edib.

Rayonlar üzrə yüksək bal toplayan abituriyentlər  mükafatlandırılıb. Müşavirələr regional keçirildiyi üçün təhsil şöbəsinin rəhbərləri hesabatlarını təqdim ediblər. Nazirlikdən gələn nümayəndələr problemlərimizlə maraqlanıb və bizə suallar ünvanlayıblar. Müəllimlər isə öz təklif və iradlarını bildiriblər.

Sentyabr konfransları bu il daha da təkminləşdirilib.Bunun səbəbi isə hər şeyin slayd şəklində göstərilməsi idi.Hamı və xüsusəndə, arxada oturan bütün insanlar slaydları görür və mövzudan xəbərdar olurdular”.

Qeyd edək ki, təhsil işçilərinin Sentyabr konfranslarının keçirilməsi barədə  Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Əmrə əsasən, təhsil işçilərinin sentyabr konfranslarının plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət olmaqla iki gün ərzində keçiriləcək. Plenar müşavirələr 2-6 sentyabr 2019-cu il tarixlərində təşkil edilib. Plenar müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunub.

Metodik bölmə iclasları hər bir zona üzrə plenar müşavirə başa çatdıqdan sonra yerli təhsili idarəetmə orqanlarının müəyyən etdiyi tarixdə təşkil olunacaq və sentyabrın 10-dək başa çatacaq.

 

 

 

 

Şükufə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu