Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-09 16:42:00
Yaşayış ərazisinin yaxınlığında məktəbəhazırlıq qrupu yoxdursa, nə etməli? - Valideynlərin nəzərinə

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. ElYektron ərizəsi qeydiyyata alınanların məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Son zamanlar valideynləri maraqlandıran məqamlardan biri də yaşadıqları ərazinin yaxınlığında məktəbəhazırlıq qruplarının təşkil olunmaması ilə bağlıdır.

Sual:

Yaşadığım ərazinin yaxınlığında məktəbəhazırlıq qrupları təşkil olunmayıb. Övladım məktəbəhazırlıq qruplarında təhsil ala bilməz?

Cavab:

AzEdu.az məlumat verir ki, məktəbəhazırlıq qruplarına həmin ildə 5 yaşı tamam olan, yəni 2014-cü il təvəllüdlü uşaqlar qəbul edilirlər.

Müraciətin çox olduğu bəzi paytaxt məktəblərinin hazırlıq qruplarına qəbul zamanı ərazi prinsipi gözlənilir və məhz məktəbin yaxınlığında yaşayan azyaşlılara üstünlük verilir.

Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, valideyn qəbul müəyyən prioritetlər əsasında aparılmayan digər məktəbə müraciət edə bilər.

Qeyd edək ki, ərazi prinsipinə görə, müraciətlərin çox olduğu bir sıra məktəblərdə hazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıdakı şərtləri ödəyən azyaşlıların qəbuluna üstünlük verilir:

-Valideyni və ya qanuni nümayəndəsi qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar;

-Valideyn və ya qanuni nümayəndələri həmin məktəbdə işləyənlər;

-Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları