Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-09 15:18:50
Bu qədər şəxs kolleclərə qəbul oluna bilmədi – “Boş yerlər” uğrunda mübarizə  

11 illik bazada kolleclərin boş qalan yerlərinə müsabiqə zamanı 2.219 nəfər uğur qazana bilməyib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 3643 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1424 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olsa da, 2219 nəfər qəbul oluna bilməyib.

Xatırladaq ki, qəbul olunan abituriyentlər sentyabrın 6- dan 11-dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.