2019-09-09 12:37:00
Dərsliklər xalqımızın mənəviyyatına uyğun olmalıdır - Deputat özəl nəşriyyatları "topa" tutdu
"Ulu öndər Heydər Əliyevin müdrik kəlamlarından biri də "Təhsil millətin gələcəyidir” sözləridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan təhsil sahəsinə xüsusi qayğı ilə yanaşaraq bildirib ki, "təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.
AzEdu.az xəbər verir ki, bunu millət vəkili Naqif Həmzəyev mətbuata açıqlamasında deyib. O qeyd edib ki, təhsilin inkişafı, düzgün qurulması hər bir cəmiyyətin taleyüklü məsələsidir. Deputatın fikrincə, başqa sahələrindən fərqli olaraq, təhsildə buraxılan nöqsanların nəticələri ayrı-ayrı fərdlərə deyil, birbaşa cəmiyyətə zərbə vurur: "Gənc nəslin dünyagörüşünün formalaşdırılması, onların təlim və tərbiyəsinin düzgün təşkil edilməsinin yolu buradan keçir. Məhz bunun üçün təlim-tərbiyə ilə yanaşı dərsliklər milli məqsədlər, mənafelər əsasında qurulmalıdır. Özəl nəşriyyatlar tərəfindən çap edilən dərs vəsaitləri isə bəzən xalqımızın, millətimizin tarixinə, mənəviyyatına uyğun olmur. Ali məktəblərə hazırlaşanlar üçün "Azərbaycan tarixi” məlumat kitabının üz qabığının üzlüyünün dizaynının, ibtidai sinif dərsliyində cədvəlin Ermənistan bayrağı fonunda tərtib olunması nə dərəcədə doğrudur? Təbiətdə 7 rəng və bu rənglərin saysız-hesabsız çalarları olduğu halda Ermənistan bayrağını əks etdirən, bir-birinə uymayan, ardıcıl 3 rəngdən istifadə olunması narahatçılıq yaradır”.
Millət vəkili N.Həmzəyev deyib ki aidiyyatı qurumlar bu məsələyə laqeyd qalmamalı, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məqamlara münasibət bildirməlidirlər.
Bu bölməyə aid digər xəbərlər
Növbəti il yeni hazırlanmış 7 dərslik kütləvi istifadəyə veriləcək
2024-04-17 17:20:34
Gəncədə şagird xəsarət alıb
2024-04-16 13:41:25
Ömürlük məhkum edilmiş məktəb direktoru barədə qərar verildi
2024-04-15 17:13:21
4-cü sinif şagirdi vəfat etdi - Foto
2024-04-15 14:26:30
TƏBİB İmişlidə iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib - YENİLƏNİB
2024-04-14 18:10:00
Tennis üzrə Azərbaycan birinciliyi başa çatıb
2024-04-13 16:31:36
Slovakiyada qısamüddətli təcrübə proqramı
2024-04-06 16:50:25
PISA 2025-in sınaq mərhələsi təşkil olunacaq
2024-04-06 16:20:42
Goranboyda məktəblilər arasında insident olub
2024-04-03 15:09:15
IV və VI siniflər üzrə monitorinq keçiriləcək
2024-04-03 15:07:27
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
16 Aprel 2024, 13:10
10 mart buraxılış imtahanının nəticələri AÇIQLANDI
18 Aprel 2024, 12:40
Sertifikasiyadan keçə bilməyənlər bu il imtahan verəcək
11 Aprel 2024, 10:25
Hansı ixtisas qruplarına qəbul olmaq asandır?
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
FACEBOOK