Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-08 13:15:13
Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır"

"Bu gün elə bir şəxs yoxdur ki, ibtidai sinif müəlliminin adını bilməsin"

AzEdu.az xəbər verir ki, bu sözləri deputat Sona Əliyeva sentyabrın 8-də İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda deyib.

Tədbirdə çıxış edən millət vəkili müəllim peşəsinin önəmindən danışarkən öz kariyerasına da müəllim olaraq başladığını bildirib:

"Müəllimlərin, xüsusilə də ibtidai sinif müəllimlərinin yaddaşımızda mühüm yeri var. Bu gün elə bir şəxs yoxdur ki, ibtidai sinif müəlliminin adını bilməsin. Öz kariyerama müəllim, metodist olaraq başlamışam. Bu gün də təhsil mətbəxində olmaq mənim üçün çox şərəfli bir işdir".

Sona Əliyeva eyni zamanda son illərdə təhsil sahəsində atılan addımlardan da danışıb:

"Son 5 ildə təhsil sahəsində bir sıra islahatlar həyata keçirilib.Təhsil haqqında qanuna dəyişikliklər olunub, 2016-cı ildən başlayaraq peşə təhsili, məktəbəqədər təhsil və s. sahələr üzrə qanunlar qəbul edilib.  Artıq Ali təhsil haqqında qanun da Milli Məclisə təqdim olunub.

Bu gün ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 50 faizə çatdırılıb. Xaricdə təhsillə bağlı dövlət proqramları hazırlanıb. 2020-ci ildə istedadlı uşaqlarla bağlı yeni proqram tərtib olunaraq dövlət orqanlarına təqdim edilib. Məktəbəqədər təhsillə əlaqədar təqdirəlayiq qanunlar qəbul edilib. Bu sahədə özəl təhsil müəssisələri 10 il müddətinə ödəmədən azad olunub. Atılan gözəl addımlardan biri də məktəbəqədər təhsil müəssisələrinə müsahibəsiz qəbulun təşkilidir.

Bu gün əsas problemlərdən biri də məktəbli çantalarının ağırlığı ilə bağlı idi. Nəhayət, Milli Məclisdə bununla əlaqədar qanun qəbul edildi. Belə ki, şagirdlər üçün yeni dərsliklər hazırlanır. Bu dərsliklərin çəkisi azaldılaraq şagirdlərin daşıyabiləcəyi hala salınıb. Bu tipli forumların təşkili təhsilimizin inkişafında önəmli rol oynayır".