Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-08 12:29:00
Abituriyentlərin diqqətinə! - Bu şəxslər yenidən imtahan verə biləcəklər

“Bu il, əvvəlki illərdə XI sinfi bitirən və buraxılış imtahanlarında iştirak edən şəxslər növbəti ilin qəbul imtahanlarında birinci mərhələ üzrə yenidən imtahan verə bilər”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a açıqlamasında qeyd edib. Onun sözlərinə görə, bunun üçün sözügedən abituriyentlər Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda ödənişli əsaslarla iştirak etməlidirlər:

“Buraxılış imtahanlarında əldə etdiyi nəticəyə qane olmayan abituriyentlər, növbəti ildə yenidən buraxılış imtahanı formatında keçirilən qəbul imtahanının birinci mərhələsində iştirak edə bilər. Lakin abituriyent bu il buraxılış imtahanında əldə etdiyi nəticədən razı qalıbsa, bu halda buraxılış imtahanı verməyə və birbaşa blok imtahanına hazırlaşa bilər. Həmin abituriyent mümkün 400 baldan 100-dən yuxarı bal toplayaraq ali məktəbə qəbul olmaq şansına sahibdir.

III ixtisas qrupu üzrə isə yaxşı olar ki, abituriyent mümkün 400 baldan 250-dən çox bal toplasın. Əgər nəticə 150, hətta 100 baldan aşağıdırsa, o zaman buraxılış imtahanının növbəti ildə yenidən verilməsi daha məqsədəuyğun olar”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları