Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-07 12:21:00
Ən çox müzakirə olunan dərsliklər – Bütün fənlər üzrə 2018-ci ilin STATİSTİKASI

İctimai rəyin öyrənilməsi zamanı ötən illərlə müqayisədə 2018-ci ildə fəallıq əhəmiyyətli dərəcədə yüksəlib.

AzEdu.az xəbər verir ki, layihələrə ümumi baxış sayı 57.014, daxil olan rəy sayı isə 1.273 olub ki, bu da əvvəlki illərlə müqayisədə daha yüksək göstəricidir.

Ötən tədris ilində ümumilikdə dövlət ümumtəhsil məktəblərinin 2,3, 7 və 11-ci sinifləri üçün yeni dərsliklər tərtib edilib. Tədrisin Azərbaycan, rus və gürcü dillərində aparıldığı dövlət ümumtəhsil məktəblərinin XI sinifləri üçün ilk dəfə olaraq yeni təhsil proqramları (kurikulumları) əsasında bütün fənlər üzrə ümumilikdə 68 adda olmaqla yeni dərslik və metodik vəsaitlər tərtib edilib.

11-ci siniflər üçün tərtib edilən dərslik və metodik vəsaitlər çap edilməzdən öncə onların layihələrinə dair ictimai rəy öyrənilib. Bu məqsədlə 11-ci siniflər üçün dərslik və metodik vəsaitlərin layihələri www.trims.edu.az internet səhifəsinə yüklənilib. İstənilən vətəndaşın maneəsiz olaraq internet səhifəsində yerləşdirilmiş dərslik və metodik vəsaitlərin layihəsi ilə tanış olması, həmçinin irad və təkliflərini yaza bilməsi təmin edilib. Eyni zamanda, xeyli sayda ixtisaslaşmış yerli və xarici qurumlar dərsliklərin ekspertizasına cəlb edilib.

AzEdu.az fənlər üzrə daxil olan ictimai rəylər barədə statistikanı təqdim edir:

Riyaziyyat – 116
Azərbaycan tarixi – 114
Fizika – 108
Ədəbiyyat – 107
Azərbaycahn dili (tədris dili kimi) – 100
Kimya - 97
Ümumi tarix - 93
İngilis dili - 91
Biologiya – 83
Coğrafiya – 68