Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-06 09:52:00
Bu müəllimlərlə yenidən müsahibə mərhələsi keçiriləcək-Rəsmi

19-23 avqust tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

İnsan Resursları Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi üzrə apelyasiya müraciəti etmək istəyən namizədlər şəxsi səhifələrinə daxil olmaqla müvafiq butonu klikləyə bilərlər. Daha sonra həmin namizədlərlə yenidən müsahibə keçiriləcək və bu barədə məlumat onların şəxsi səhifəsinə göndəriləcək.

 Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib.

Müsabiqəyə respublika üzrə ümumilikdə 7 mindən artıq vakant yer çıxarılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları