Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-05 10:30:49
Xaricdə kollec bitirənlər diplom tanınması üçün nə etməlidirlər? - Rəsmi  

Xarici ali təhsil müəssisələrində təhsil alanlar  ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edilməlidir.

Xatırladaq ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, distant və ya eksternat təhsilalma forması üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil.

Bəs orta ixtisas təhsili haqqında xaricdən alınan diplom üzrə ixtisasın  nostrifikasiyası üçün nə edilməlidir?

AzEdu.az xaricdə təhsil alan gənclərin nostrifikasiya prosedurları haqqında ən çox verilən suala cavabı təqdim edir:

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq, yalnız ali təhsil (bakalavriat və magistratura səviyyələri) üzrə alınmış ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. İddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd nostrifikasiya müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verə  bilərsiniz.

Günel Yaşarqızı
Müəllifin digər yazıları