Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-05 09:30:00
Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başa çatdı - Nəticələr bu tarixdə açıqlanacaq
11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatıb.

AzEdu.az xəbər verir ki, ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar. Tam orta təhsil səviyyəsini Azər­baycan Respub­lika­sının ümumi təhsil müəs­­sisə­lə­rində cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanında (11-ci sinif üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

Nəticələrin ixtisas seçimi başa çatdıqdan sonra 2 gün ərzində  elan olunması nəzərdə tutulur.

Bu o deməkdir ki, nəticələrin maksimum 2 gün müddətində elan olunması nəzərdə tutulur. Emal prosesi tez başa çatarsa, nəticələr daha tez müddətdə elan oluna bilər.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.