Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-04 17:06:06
Təhsil Nazirliyin tabeliyində olan liseylər birinci oldu  

2018-ci il IX sinif buraxılış imtahanlarında orta balı ən yüksək olan təhsil müəssisəsi Təhsil Nazirliyinə tabeli və özəl liseylər ( 131, 74) olub.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Təhsil Nazirliyinin 2018-ci il illik hesabatına əksini tapıb.

Məlumata əsasən, IX sinif buraxılış imtahanlarında orta balı yüksək olan digər təhsil müəssisələri müvafiq olaraq, hərbi leseylər və digər nazirliklərə aid olan məktəblər (107,52); Sumqayıt şəhəri (106,29); Naxçıvan şəhəri ( 103, 68) ; Naftalan şəhəri (102, 30); Qubadlı rayonu (98, 28); Nigəçevir şəhəri (97, 93); Bakı şəhəri (97, 41); Zəngilan rayonu (92, 94); Siyəzən rayonu (91, 68) qərarlaşıblar.

Qeyd edək ki, 2017-ci illə müqayisədə 2018-ci ildə riyaziyyat fənni üzrə IX sinif buraxılış imtahanlarının nəticəsində cüzi azalma, Ana dili fənni üzrə qiymətləndirmə  nəticələrində isə artım müşahidə olunub. Belə ki, 2017-ci illə müqayisədə Riyaziyyat fənni üzrə orta baldan 36,74 bala qədər (0,15) azalmış, Ana dili fənni üzrə isə orta bal 46,40 baldan 47,95 bala qədər qədər (1,55)  yüksəlib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları