XƏBƏRLƏR

04.09.2019 14:45
Kolleclərə qeydiyyat üzrə tələb olunan sənədləri buradan öyrənin

9 illik bazada kolleclərə qəbul olunanlar sentyabrın 4-dən 11-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda deyilir ki, qeydiyyat üzrə tələb olunan sənədlərin siyahısını qəbul olduğunuz orta ixtisas təhsili müəssisəsindən əldə edə bilərsiniz. 

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul olmaq haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu