Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-03 15:03:00
1000-dən çox abituriyent kolleclərin boş qalan yerlərinə qəbul oluna bilmədi

Kolleclərin boş qalan yerlərinə qəbul olunmaq üçün 3097 abituriyent ərizə təqdim edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Onlardan 1.928 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olunub, 1.169 nəfər isə müsabiqədə uğur qazana bilməyib.

Qeyd edək ki, qəbul olunanlar sentyabrın 4-dən 11-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul olmaq haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları