Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-02 14:59:40
Boş qalan yerlərə ixtisas seçiminin nəticələri bu vaxt açıqlanacaq

Bu gün ümumi (9 illik) orta təhsil bazasında kolleclərin boş qalan yerləri üzrə ixtisas seçimi başa çatır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, nəticələrin ixtisas seçimi başa çatdıqdan sonra 2 gün ərzində  elan olunması nəzərdə tutulur.

Bu o deməkdir ki, nəticələrin maksimum 2 gün müddətində elan olunması nəzərdə tutulur. Emal prosesi tez başa çatarsa, nəticələr daha tez müddətdə elan oluna bilər.

Xatırladaq ki, boş qalan yerlər üzrə ixtisas seçimi avqustun 27-dən başlayıb.  

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları