Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-01 15:11:00
İngilis tarix müəllimi 9 min il əvvəl yaşamış qədim insanın qohumu çıxdı

İngiltərinin Somerset qraflığının Çedder kəndində mağaradan qalıqları tapılan qədim insanın DNT analizi maraqlı nəticə ortaya çıxarıb. Onun yaxınlıqda yaşayan 42 yaşlı tarix müəlliminin əcdadı olduğu müəyyənləşib.

AzEdu.az-ın məlumatına görə, Bizimyol.info xəbər verir ki, həmin kənddə ulu babalarının burada yaşadığı hesab edilən 20 nəfərin DNT-si Çedder adamı adlanan qədim insanla tutuşdurulub. Adrian Tarqettdə uyğunluq tapılıb.

Tarix müəllimi, beləcə, ən qədim əcdadı bilinən adam kimi Böyük Britaniya, bəlkə də, dünya tarixinə düşüb. Heç kral ailəsi bu dərəcədə öyünə bilməz. Baş ailənin 829-830-cu illərdə yaşamış Kral Ekqbertdən o tərəfə arxa dönənini bilən yoxdur. Çedder adamı isə təxminən eramızdan əvvəl 7150-ci ildə yaşayıb.

Tarqett xəbərdən şoka düşdüyünü gizlətməyib: “Çox qəribə xəbərdir. Nə hiss etdiyimi ifadə edə bilmirəm”.

Çedder adamının dişindən götürülmüş analiz bu nəticəni ortaya çıxarıb. Tarqettin onunla ana tərəfdən qohum olduğu müəyyən edilib. Tarix müəllimi ailənin tək uşağı olub, özünün də övladı yoxdur.

Bristol Universitetinin arxeologiya üzrə lektoru Larri Barhem deyir ki, bura Şərqi Avropadan fermerlərin gəlməsi və ya yerli adamların kənd təsərrüfatına başlaması həmişə mübahisə predmeti olub. Bu hadisə isə ikinci versiyanın doğruluğunu təsdiqləyir.

Çedder adamının dövründə Somerset qraflığında az adam yaşayırmış, ətraf qalın meşələrdən ibarət imiş. Meşədə ayılar, canavar sürüləri varmış. Amma Barhemin fikrincə, bu, Çedder adamına maral, dovşan, quş ovlamağa, balıq tutmağa, fındıq və meyvə toplamağa mane olmurmuş.

Barhem deyir ki, Çedder adamı xarici görünüşcə müasir adamdan fərqlənmirmiş: “Ona kostyum geyindirsək, ofisdə yersiz görünməzdi. Amma böyük ehtimalla Çedder adamı hansısa heyvan dərisindən tikilmiş geyimdə gəzirdi”.

Çedder adamı 1903-cü ildə Qof mağarasında tapılmışdı. O, Adrian Tarqettin təxminən 300-cü arxa dönəni sayılır.