Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-31 17:48:00
Süni intellektli robotlar ahıl insanlara kömək edirlər

Son illərdə müxtəlif otellərdə, hava limanlarında, ticarət mərkəzlərində çalışan süni intellektli robotlara tez-tez rast gəlirik. “Ağıllı” robotlar artıq yaşlılara qayğı və reabilitasiya mərkəzlərində məskunlaşan ahıllara xidmət göstərirlər. Dublin Triniti Kollecinin dosenti Konor Makqinin sözlərinə görə, hündürlüyü 0,8 m və çəkisi 15 kq olan Stivi, Paro və Pillo adlı 3 robot smartfon və ya sensor ekrana yüklənmiş tətbiqetmənin köməyi ilə idarə olunur. Onlar yaşlı insanların həmsöhbəti olur, məişət işlərində kömək edir, hətta dərmanlarını vaxtlı-vaxtında qəbul etməyi xatırladırlar. 

www.hightech.fm saytı xəbər verir ki, robotlar həmçinin, otağın havalandırılması,  temperaturun normada saxlanılması və digər məişət işlərinin öhdəsindən gələ bilirlər. Ahıl insanlar süni intellektli “köməkçi”lərin dəstəyi ilə Skype və digər sosial şəbəkələrdə öz tanışları ilə əlaqə yaradır, söhbət edə bilirlər.(Azərbaycan müəllimi)