XƏBƏRLƏR

29.08.2019 15:10
Məktəbəhazırlıq qruplarında uşaqların say həddi necə müəyyənləşdirilir?  

Avqustun 26-dan etibarən məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına onlayn qeydiyyatı respublika üzrə dövlət ümumitəhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir.

Bəs məktəbəhazırlıq qruplarında uşaqların say həddi necə müəyyənləşdirilir?

AzEdu.az 2019-2020-ci dərs ili üçün məktəbəhazırlıqla bağlı ən çox verilən suala cavabı təqdim edir:

Qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;

Şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq;

Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Qeyd edək ki, ümumtəhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan sentyabrın 25-dək həyata keçiriləcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 2-27 sentyabr tarixlərində (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək.

Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (www.mektebeqebul.edu.az) və ya məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş  Alternativ Qeydiyyat Mərkəzlərində aparıla bilər.

Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçiriləcək.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu