Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-29 12:46:00
“Bu qanun layihəsi Azərbaycan təhsil sistemində yeniliklər yaradacaq” – Asim mollazadə  

Milli Məclisin Elm və təhsil komitəsinin 2019-cu ilin payız sessiyası üçün əsas prioriteti “Ali təhsil haqqında” qanun layihəsini müzakirəyə çıxarmaqdı.

Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Komitə sədri qeyd edib ki, “Ali təhsil haqqında” qanun layihəsinin maketi hazırlanıb və komitə üzvlərinə təqdim olunub.

AzEdu.az qanun layihəsində hansı yeniliklərin olacağı və maketdə nələrin əks olunduğunu öyrənmək üçün millət vəkili Asim Mollazadənin fikirlərini öyrənib.

Deputat qeyd edib ki, qanun layihəsi üzərində müzakirələr davam edir:

“Parlament payız sessiyası öz işinə başlayarkən Elm və təhsil komitəsi olaraq məsələni daha ətraflı şəkildə müzakirə edəcəyik.

Bu qanunun qəbulu Azərbaycan təhsil sistemində davamlı islahatların həyata keçirilməsinə böyük təkan verəcək. Təhsilin hüquqi bazasının yaradılmasına dəstək olacaq.

Müzakirələr tam şəkildə olduqdan sonra Azərbaycan təhsil sistemində yeniliklər yaradılacaq və bu da onun inkişafına təsir göstərəcək”.

Qeyd edək ki,  işçi qrupun tərkibi müəyyənləşdirilib. Buraya həm Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, həm də Təhsil Nazirliyinin və digər qurumların nümayəndələri daxildir.

Yay tətili müddətində deputatlar və İşçi qrupunun üzvləri öz təkliflərini hazırlayıblar.  Komitənin sentyabr ayında keçiriləcək iclasında   təkliflər əsasında qanun layihəsi formalaşacaq.

Xatırladaq ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları