Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-28 15:30:00
Kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı sabah başa çatır  

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin daxil olduqları təhsil müəssisəsinə qeydiyyatı sabah başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən  AzEdu.az-ya verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 23-dən 29-dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.