Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-27 14:29:03
Bu qrup üzrə heç bir subbakalavr universitetlərə ödənişsiz qəbul olunmayıb

III ixtisas qrupu üzrə heç bir subbakalavr dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul oluna bilməyib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, bu qrup üzrə 35 kollec məzunu ödənişli əsaslarla universitetlərə daxil olsa da, ödənişsiz əsaslarla heç kim qəbul olunmayıb.

I ixtisas qrupu üzrə 445, II qrup üzrə 118, IV qrup üzrə 58, V qrup üzrə isə 11 subbakalavr ali məktəblərə dövlət sifarişi əsasında daxil olub.

Xatırladaq ki, hər iki mərhələdən sonra ali təhsil müəssisələrinə 43480* (o cümlədən 4774 subbakalavr) nəfər qəbul olunub. 17947 (o cümlədən 632 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25533 (o cümlədən 4142 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları