XƏBƏRLƏR

27.08.2019 12:14
Dövlət qulluğu üzrə müsahibədə iştirak etmək üçün 1209 nəfər ərizə verib

Ümumilikdə 41 dövlət orqanında 457 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.

DİM-dın AzEdu.az-a verilən məlumata görə, avqustun 27-si saat 11:15-ə olan göstəricilərə əsasən, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 1209 nəfər ərizə verib.

Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (147 vəzifə) tərəfindən çıxarılıb.

Sənəd qəbulu sentyabrın 2-də başa çatacaq.

İlin gənc müəllimi-Müraciət formu