Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-27 11:29:00
MİQ-in müsahibə mərhələsinin nəticələri nə zaman açıqlanacaq?- Namizədlərin diqqətinə!

19-23 avqust tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

Xatırladaq ki, müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılıb. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim ediblər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilib.

Bəs MİQ müsabiqəsinin müsahibə mərhələsinin nəticələri nə zaman  açıqlanacaq?

AzEdu.az-ın  İnsan Resursları Mərkəzindən əldə etdiyi məlumata görə, MİQ müsabiqəsinin müsahibə mərhələsinin nəticələri bu həftə ərzində namizədlərin  şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib.

Müsabiqəyə respublika üzrə ümumilikdə 7 mindən artıq vakant yer çıxarılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları