Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-26 15:51:46
Bütün qruplar üzrə bu qədər abituriyent ödənişsiz təhsil alacaq - STATİSTİKA

I ixtisas qrupu üzrə müsabiqədə iştirak edən 12.840 nəfərdən 7.643-ü ali məktəblərə dövlət sifarişi əsasında qəbul olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda bütün ixtisas qrupları üzrə statistika əksini tapıb.

Göstəricilərə əsasən:

II ixtisas qrupu üzrə müsabiqəyə qatılan 12.865 nəfərdən 3.099;

III ixtisas qrupu üzrə müsabiqəyə qatılan 11.143 nəfərdən 3.715;

IV ixtisas qrupu üzrə müsabiqəyə qatılan 3.434 nəfərdən 2.082;

V ixtisas qrupu üzrə müsabiqəyə qatılan 3.198 nəfərdən 1.408-i dövlət sifarişi əsasında təhsil alacaq.

Qeyd edək ki, ümumilikdə bütün qruplar üzrə 17.947 (o cümlədən 632 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25533 (o cümlədən 4142 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Nəticədə ali təhsil müəssisələrinə qəbulolma faizi artaraq 91.03 olub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları