Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-24 16:29:00
Dövlət qulluğu üzrə müsahibədə iştirak etmək üçün 1107 nəfər ərizə verib

Ümumilikdə 41 dövlət orqanında 457 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.

AzEdu.az DİM-in saytına istinadla xəbər verir ki, avqustun 24-ü saat 14:20-yə olan göstəricilərə əsasən, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 1107 nəfər ərizə verib.

Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (147 vəzifə) tərəfindən çıxarılıb.

Sənəd qəbulu sentyabrın 2-də başa çatacaq.