Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-24 12:23:00
Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı başa çatıb

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olunan bakalavrlar avqustun 15-dən avqustun 23-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçiblər.